Hələbin raket atəşinə tutulması nəticəsində 7 nəfər ölüb, 24 yaralanıb

Hələbin raket atəşinə tutulması nəticəsində 7 nəfər ölüb, 24 yaralanıb Terrorçular Səlah əd-Din rayonuna 15-dən çox raket atıblar
Digər ölkələr
10 Sentyabr , 2016 05:50
Hələbin raket atəşinə tutulması nəticəsində 7 nəfər ölüb, 24 yaralanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Cümə günü Suriyanın Hələb şəhərinin şimal hissəsindəki məhəlləsinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində bir neçəsi uşaq olmaqla 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şəhər polisindəki mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, terrorçular Səlah əd-Din rayonuna 15-dən çox raket atıblar. 

Son xəbərlər

Orphus sistemi