Yuxarı

Hələbdə Bəşşar Əsəd və İranyönlü silahlılar arasında toqquşma olub, 85 nəfər ölüb, 110 nəfər yaralanıb

Hələbdə Bəşşar Əsəd və İranyönlü silahlılar arasında toqquşma olub, 85 nəfər ölüb, 110 nəfər yaralanıb
© Karam al-Masri/AFP/Getty Images

Bakı. 19 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb bölgəsində Bəşşar Əsədə bağlı “Şebbiha” xüsusi təyinatlıları ilə İranın dəstəklədiyi silahlı qruplaşmalar arasında baş verən toqquşma nəticəsində 85 nəfər ölüb, 110 nəfər isə yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Suriyada silahlıların nəzarəti altına keçən ərazilərdən əldə edilən qənimət üstündə baş verib.

B.Əsədə sadiq ordunun hərbçiləri “Şebbiha”la İranyönlülərin toqquşmasına müdaxilə etməyib.

Hələbin ərazisinin 65 faizinə 5 il ərzində Suriya Azadlıq Ordusu nəzarət edib. Hazırda bu ordu həmin bölgələri tərk edib və ərazilər “Şebbiha” və İranyönlü silahlıların nəzarətinə keçib.

Bildirilib ki, “Şebbiha” 1980-ci illərdə Suriyanın o vaxtkı Prezidenti Hafiz Əsədin oğlu Namir Əsəd və qardaşı Rifat Əsəd tərəfindən yaradılıb. Bu silahlı dəstə Berri və Beggara tayfalarının nümayəndələrindən ibarətdir. Onlar hazırda Suriyada Bəşşar Əsəd tərəfədindən döyüşürlər. BMT “Şebbiha”nı cinayətkar dəstə kimi tanıyıb. 

Qeyd edək ki, Bəşşar Əsəd rejimi ələ keçirdikləri ərazilərin yağmalanmasını qanuniləşdirmək üçün 4 ay əvvəl “Milli əmlak qanunu”nu qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi