Suriyada 15 yaşayış məntəqəsi İŞİD-dən azad edilib

Suriyada 15 yaşayış məntəqəsi İŞİD-dən azad edilib Həmçinin Cəbəl-Səlim strateji yüksəkliyi ələ keçirilib
Digər ölkələr
26 Fevral , 2017 01:15
Suriyada 15 yaşayış məntəqəsi İŞİD-dən azad edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Suriya ordusu və könüllü dəstələr Hələbin şərqində 15 yaşayış məntəqəsini İŞİD terror qruplaşmasından azad ediblər.

“Report” xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri Komandanlığı nümayəndəsinin bəyanatına istinadən SANA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, həmçinin Cəbəl-Səlim strateji yüksəkliyi ələ keçirilib. Əməliyyat zamanı ümumilikdə 500 kv. km. ərazi terrorçulardan təmizlənib. Ordu düşməni təqib edərək onu ciddi itkilərə məruz qoyur.

Son xəbərlər

Orphus sistemi