Hələb şəhərinin atəşə tutulması nəticəsində avqustda 100-dən çox dinc sakin öldürülüb

Hələb şəhərinin atəşə tutulması nəticəsində avqustda 100-dən çox dinc sakin öldürülüb Şəhər xəstəxanalarında yüksək səviyyəli tibbi qayğıya ehtiyacı olan yüzlərlə ağır yaralı insan var
Digər ölkələr
13 Avqust , 2016 10:21
Hələb şəhərinin atəşə tutulması nəticəsində avqustda 100-dən çox dinc sakin öldürülüb

Bakı. 13 avqust. REPORT.AZ/ Hələb şəhərinin avqust ayının əvvəlindən müntəzəm atəşə tutulması nəticəsində 100-dən çox dinc sakin həlak olub, təqribən 700 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli hakimiyyət həlak olanların yarıdan çoxunun qadınlar və uşaqlar olduğunu bildirib.

Şəhər xəstəxanalarında yüksək səviyyəli tibbi qayğıya ehtiyacı olan yüzlərlə ağır yaralı insan var.

Şəhərdə ən çox dağıntıya məruz qalan bölgə cənubda yerləşən Əl-Həmədaniya rayonudur. Belə ki, İŞİD silahlıları artilleriya peşə məktəbinin binasını ələ keçirəndən sonra Hələbin cənubundakı yaşayış məhəllələrini atəşə tutmağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi