​Hələb şəhərində partlayış nəticəsində 23 nəfər ölüb

​Hələb şəhərində partlayış nəticəsində 23 nəfər ölüb Ölənlərin əksəriyyəti "Əhrar əş-Şam" terror qruplaşmasının üzvləri olub
Digər ölkələr
26 Yanvar , 2016 00:55
​Hələb şəhərində partlayış nəticəsində 23 nəfər ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyanın Hələb şəhərində törədilən partlayış nəticəsində ən azı 23 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Syrian Observatory for Human Rights" təşkilatına istinadən "Reuters" məlumat yayıb.

Ölənlərin əksəriyyəti prezident Bəşər Əsədə müxalif olan "Əhrar əş-Şam" terror qruplaşmasının üzvləri olub. Hüquq müdafiəçilərinin sözlərinə görə, partlayış Sukari rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində baş verib. Kamikadze yük maşını ilə posta hücum edib.

Son xəbərlər

Orphus sistemi