Yuxarı

Hələb atəşə tutulub, 4 nəfər ölüb, 15-i yaralanıb

Hələb atəşə tutulub, ölənlər var

Hələbin Əl Sukari yaşayış məntəqəsinə terrorçular 3 raket atıblar, nəticədə 4 mülki şəxs ölüb, 15 nəfər yaralanıb.

“Report” SANA-ya istinadən xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Yaşayış evlərinə, ictimai və şəxsi mülkiyyətə zərər dəyib.

Qeyd edək ki, yanvarın 12-də də Hələb raket atəşinə tutulmuşdu, nəticədə 2 yeniyetmə ölmüş, 3 nəfər yaralanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi