Yuxarı

Həbsxana işçiləri və yüzlərlə məhbus da koronavirusa yoluxdu

​Həbsxana işçiləri və yüzlərlə məhbus koronavirusa yoluxdu

462

Çinin şərqi Şandun əyalətindəki həbsxanalardan birində koronavirusa kütləvi yoluxma aşkarlanıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, 200 məhbusun və 7 həbsxana nəzarətçisinin virusa yoluxma hadisəsi təsdiqlənib.

Fevralın 20-də yerli hakimiyyət orqanları bildirib ki, Jençen həbsxanasında 2 mindən çox məhbusun və cəzaçəkmə müəssisəsi heyətinin tibbi müayinədən keçirilməsi başa çatıb. Qeyd edilir ki, virusun aşkarlandığı bütün xəstələr hazırda müalicə kursu keçirlər.

Hazırda sanitar xidmətin əməkdaşları və ekspertlər həbsxanada kütləvi yoluxmanın səbəbini müəyyənləşdirməyə çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi