"Harvi" və "İrma" qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər

"Harvi" və "İrma" qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər Bu, təbii fəlakətlərin ABŞ-a vurduğu ən böyük zərərlərdən biridir
Digər ölkələr
12 Sentyabr , 2017 01:29
Harvi və İrma qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Harvi" və "İrma" qasırğalarının ABŞ iqtisadiyyatına vurduğu ümumi ziyan 290 mlrd. dollara çata bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "AccuWeather" məsləhət şirkətinin prezidenti Coel Mayersin qiymətləndirməsinə istinadən ABC teleşirkəti məlumat yayıb.

"Bizim qiymətləndirməmizə görə, "İrma" qasırğasından dəyən ziyan təqribən 100 mlrd. dollar təşkil edəcək və bu, qasırğaların nə zamansa vurduğu ən əhəmiyyətli ziyanlardan biridir. Bu, ÜDM-in 0,5 faiz bəndi ekvivalentindədir. "Harvi" qasırğası, bizim qiymətləndirməmizə görə, ABŞ tarixində ən böyük ziyan vurmuş təbii fəlakət oldu. Onun vurduğu ziyan təqribən 190 mlrd. dollardır ki, bu da ÜDM-in 1 faiz bəndi ekvivalentindədir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi