Hakim partiyanın deputatları Böyük Britaniyanın XİN başçısını istefaya göndərməklə bağlı çağırış ediblər

Hakim partiyanın deputatları Böyük Britaniyanın XİN başçısını istefaya göndərməklə bağlı çağırış ediblər Boris Consonun Liviyanın Sirt şəhəri haqqında dediyi sözlər qalmaqala səbəb olub
Digər ölkələr
4 Oktyabr , 2017 16:29
Hakim partiyanın deputatları Böyük Britaniyanın XİN başçısını istefaya göndərməklə bağlı çağırış ediblər
AFP 2017 / KIRSTY WIGGLESWORTH

Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının deputatları Birləşmiş Krallığın baş naziri Tereza Meyi xarici işlər naziri (XİN) Boris Consonu istefaya göndərməyə çağırıb.

"Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, buna B.Consonun Liviyanın Sirt şəhəri haqqında dediyi sözlərin qalmaqala gətirib çıxarması səbəb olub.

Belə ki, B.Conson Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxış edərkən Liviyanın qar dənəcəyi kimi ağ qumunu, gözəl dənizini və real potensialını qeyd etməklə bərabər qalamaqala səbəb olacaq fikirlər də səsləndirib.

"Britaniyalı biznesmenlər var, əla oğlanlardır, onlar Sirt sahillərinə sərmayə qoymaq istəyir. Onlar Sirti yeni Dubaya çevirməyə hazırdır. Sadəcə, oradan cəsədləri çıxarmaq lazımdır, sonra onlar orada olacaq", - XİN başçısı deyib.

Son xəbərlər

Orphus sistemi