Yuxarı

Hakerlər Venesuelanın dövlət orqanlarının saytını dağıdıblar

Hakerlər Venesuelanın dövlət orqanlarının saytını dağıdıblar
Saytda Çarli Çaplinin Dahi diktator filmindən olan monoloqunu yerləşdirilib

Bakı. 8 avqust. REPORT.AZ/ Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytına hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata əsasən, "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Milli Assambleya (parlament) və Milli Seçki Şurasının saytlarını dağıdıb.

Kiber cinayətkarlar, həmçinin Prezident Administrasiyasının, polis və Karakas İcra Hakimiyyətinin saytlarına da çıxış əldə ediblər.

Milli Seçki Şurasının saytına Çarli Çaplinin "Dahi diktator" filmindən olan monoloqu yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi