Hakerlər İŞİD-in hücum planlarının müzakirə olunduğu forumu dağıdıb

Hakerlər İŞİD-in hücum planlarının müzakirə olunduğu forumu dağıdıb Yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazalarına hücum planlarını müzakirə edib
Digər ölkələr
5 Avqust , 2016 11:16
Hakerlər İŞİD-in hücum planlarının müzakirə olunduğu forumu dağıdıb

Bakı. 5 avqust. REPORT.AZ/ İsrailin "Intsights" şirkətinin mütəxəssisləri "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlılarına məxsus forumu dağıdıb və onların hücum planlarını ifşa edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazır. 

Nəşrin məlumatına görə, forumda yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazalarına hücum planlarını müzakirə edib. Hakerlər, həmçinin artıq hücumların həyata keçirildiyi hədəfləri də müəyyən edib, məsələn Fransanın Normandiya bölgəsindəki kilsə. 

Forum "Telegram" messencerinin bazasında fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi