Haitidə Çili səfirinin olduğu kortejə silahlı hücum edilib

Haitidə Çili səfirinin olduğu kortejə silahlı hücum edilib Haitidə naməlum şəxslər Çili respublikasının fövqəladə və səlahiyyətli səfirinin olduğu avtomobil karvanına silahlı hücum edib. Report TASSa istinadən xəbər verir ki, bunu Çilinin daxili işlər naziri Andres Çadvik deyib. Onun sözlərinə görə, silahlı hücum Buten yaşayış məntəqəsində baş verib.
Digər ölkələr
28 Mart , 2019 05:09
Haitidə Çili səfirinin olduğu kortejə silahlı hücum edilib

Haitidə naməlum şəxslər Çili respublikasının fövqəladə və səlahiyyətli səfirinin olduğu avtomobil karvanına silahlı hücum edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Çilinin daxili işlər naziri Andres Çadvik deyib. Onun sözlərinə görə, silahlı hücum Buten yaşayış məntəqəsində baş verib.

Hücumun qarşısı korteji müşayət edən polislər tərəfindən alınıb. Lakin atışma zamanı “America Solidaria” təşkilatının əməkdaşı olan Haiti vətəndaşı həyatını itirib. Səfir və onun xanımı silahlı hücum nəticəsində xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi