Haitidə güclü yağışlar nəticəsində azı 6 nəfər həyatını itirib

Haitidə güclü yağışlar nəticəsində azı 6 nəfər həyatını itirib Onlarla ev tamamilə dağılıb
Digər ölkələr
11 Yanvar , 2018 04:58
Haitidə güclü yağışlar nəticəsində azı 6 nəfər həyatını itirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bir neçə gündür davam edən aramsız yağışlar Haitinin şimal-şərqində güclü daşqınlara gətirib çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər təbii fəlakətin qurbanı olub.

Bildirilir ki, onlarla ev tamamilə dağılıb, bir çox kəndlilər bütün məhsullarını itiriblər.

Meteoroloqlar ölkədə güclü yağışların hələ bir neçə gün də davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi