Haitidə etirazlar zamanı onlarla insan həlak olub

Haitidə etirazlar zamanı onlarla insan həlak olub Bakı. 26 fevral. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatı yanında İnsan Hüquqları üzrə Komissiya bildirib ki, Haitidə etirazlar zamanı 26 nəfər həlak olub.
Digər ölkələr
26 Fevral , 2019 06:54
Haitidə etirazlar zamanı onlarla insan həlak olub

Bakı. 26 fevral. REPORT.AZ/ Amerika Dövlətləri Təşkilatı yanında İnsan Hüquqları üzrə Komissiya bildirib ki, Haitidə etirazlar zamanı 26 nəfər həlak olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, komissiyanın “Twitter”də yaydığı xəbərdə aksiyalar zamanı daha 77 nəfərin yaralandığı qeyd edilir.

Təşkilat Haitidə zorakılıq aktlarının monitorinqini də aparıb. Zorakılıq hallarının fevralın 7-də başladığı xəbər verilir.

"Komissiya 27 nəfərin ölümünə və 77 nəfərin zərər çəkməsinə gətirib çıxaran vəziyyətlə bağlı narahatlığını bildirir", - deyə təşkilat üzvləri qeyd edib. 

Daha əvvəl Haitidə baş vermiş kütləvi iğtişaşlar zamanı beş ABŞ vətəndaşı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi