Yuxarı

Haiti Prezidenti etirazlar fonunda istefa verməkdən imtina edib

Bakı. 15 fevral. REPORT.AZ/ Haiti Prezidenti Jovenel Moiz ölkədə bir həftədən çoxdur davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarının çağırışlarına baxmayaraq, vəzifəsindən istefa verməyi planlaşdırmır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Mən, dövlət başçısı Jovenel Moiz ölkəni silahlı qruplaşmaların və narkotik ticarətçilərinin əlinə verməyəcəyəm", - o, dünən xalqa müraciətində bildirib.

Prezident deyib ki, xalqın səsini eşidir və onları narahat edən problemləri bilir.

Onun sözlərinə görə, hökumət onları həll etmək üçün tədbirlər görür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi