Yuxarı

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

Hadisə zamanı daha 182 nəfər itkin düşüb

Bakı. 8 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti bildirib.

Minas-Jerays ştatının Mülki Müdafiəsinə istinadən yayılan məlumatda bildirilir ki, ölənlərdən 134-nün şəxsiyyəti müəyyənləşdirilib. Son məlumatlara görə, hadisə zamanı daha 182 nəfər itkin düşüb.

Dağ-mədən şirkətinə məxsus bənd Brumadinyu ştatında, yanvarın 25-də dağılıb. 

Bundan əvvəl isə bildirilirdi ki, Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi