Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var

Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var Bakı. 31 yanvar. REPORT.AZ/ Naməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb.
Digər ölkələr
31 Yanvar , 2019 04:28
Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var

Bakı. 31 yanvar. REPORT.AZ/ Naməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb.

"Report"un məlumatına görə, bu haqda ABŞ-ın məxfi xidmətinə istinadən "NBC" telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə zamanı azı bir nəfər xəsarət alıb. Hücum edən şəxs avtomobil karvanının hərəkətinə mane olmağa çalışarkən saxlanılıb.

Məlumata görə, söhbət Vaşinqtonda səfərdə olan Çin Xalq Respublikası nümayəndə heyətinin avtomobil karvanından gedir.

Hadisənin digər təfərrüatları açıqlanmır. 

Daha əvvəl Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində atışma olub.

Son xəbərlər

Orphus sistemi