ABŞ-da atışma zamanı ölən və yaralananların sayı artıb - FOTO - VİDEO - YENİLƏNİB-2

ABŞ-da atışma zamanı ölən və yaralananların sayı artıb - FOTO - VİDEO - YENİLƏNİB-2 Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş vermiş atışma zamanı ölənlərin və yaralananların sayı artıb.
Digər ölkələr
16 Fevral , 2019 04:24
ABŞ-da atışma zamanı ölən və yaralananların sayı artıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş vermiş atışma zamanı ölənlərin və yaralananların sayı artıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə zamanı həmçinin daha 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var.

Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. O, şəhərin sənaye kompleksinin 45 yaşlı sakinidir.  


***02:24

ABŞ-ın İllinoys ştatında, Avrora şəhərində baş verən atışma zamanı azı 1 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı 4 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, silahlı şəxs lazer nişangahı olan tapança ilə ətrafdakılara atəş açıb. Avrora Şəhər Şurasından bildirilib ki, hadisəni törədən şəxs yaxalanıb

İnsidentin səbəbi məlum deyil. 


***01:58

ABŞ-da atışma olub.

"Report" ABC teleşirkətinə istinadən xəbər verir ki, hadisə İllinoys ştatında, "Henry Pratt" şirkətinin mənzil qərargahı qarşısında qeydə alınıb.

Hadisə zamanı 4 polis əməkdaşı və daha bir neçə mülki şəxs yaralanıb. Jurnalistlərin verdiyi məlumata görə, bina əhatəyə alınıb və ərazidə bir neçə polis maşını var. Bildirilir ki, xüsusi təyinatlıların iştirakı ilə xüsusi əməliyyatın başlanacağı gözlənilir.

Hadisəni törədən cinayətkar hələ tapılmayıb.  

Daha əvvəl ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi