Çində yaşayış binası uçub, dağıntılar altında qalanlar var

Çində yaşayış binası uçub, dağıntılar altında qalanlar var Bakı. 16 fevral. REPORT.AZ/ Çinin şərqində yaşayış binası uçub.
Digər ölkələr
16 Fevral , 2019 06:52
Çində yaşayış binası uçub, dağıntılar altında qalanlar var

Bakı. 16 fevral. REPORT.AZ/ Çinin şərqində yaşayış binası uçub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Fuçjou şəhərində, yerli vaxtla saat 05:50-də baş verib.

Hadisə nəticəsində 10-dan çox insan dağıntılar altında qalıb. Əraziyə xilasedicilər cəlb olunub. Onlar 7 nəfəri dağıntılar altından çıxarıblar. Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Polis hadisənin başvermə səbəbini araşdırır, faktla bağlı təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi