ABŞ-da ağır yol qəzası zamanı uşaq və yeniyetmələr həlak olub, yaralılar var

ABŞ-da ağır yol qəzası zamanı uşaq və yeniyetmələr həlak olub, yaralılar var Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.
Digər ölkələr
3 Fevral , 2019 06:36
ABŞ-da ağır yol qəzası zamanı uşaq və yeniyetmələr həlak olub, yaralılar var

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Merilend ştatında baş verib.

Ştat polisinin saytındakı press-relizdə bildirilir ki, Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.

Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Yol-nəqliyyat hadisəsi zamanı həmçinin 32 yaşlı sürücü23 yaşlı sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

Daha əvvəl bildirilib ki, ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi