ABŞ-da ticarət mərkəzində partlayış olub, ölən var

ABŞ-da ticarət mərkəzində partlayış olub, ölən var Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-da ticarət mərkəzində partlayış olub.
Digər ölkələr
5 Fevral , 2019 01:54
ABŞ-da ticarət mərkəzində partlayış olub, ölən var

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-da ticarət mərkəzində partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Albukerke şəhərində (Nyu-Meksika ştatı) "Coors and Central" ticarət mərkəzində baş verib.

Albukerke polisindən bildirilib ki, partlayış zamanı həlak olan var.

"Partlayış zamanı bir nəfər ölüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - deyə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Partlayışın təfərrüatı açıqlanmır. 

Daha əvvəl ABŞ-ın Kaliforniya ştatının Yorbi Linda şəhərində "Cessna 414A" modelli ikimühərrikli təyyarə qəzaya uğrayaraq evə çırpılıb.

Son xəbərlər

Orphus sistemi