Gürcüstanın müdafiə naziri Əfqanıstanda olarkən hərbi baza hücuma məruz qalıb

Gürcüstanın müdafiə naziri Əfqanıstanda olarkən hərbi baza hücuma məruz qalıb Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Levan İzoriya Əfqanıstanda səfərdəykən onun ziyarət etdiyi hərbi bazaya hücum olub.
Digər ölkələr
6 İyul , 2018 16:38
Gürcüstanın müdafiə naziri Əfqanıstanda olarkən hərbi baza hücuma məruz qalıb
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Levan İzoriya Əfqanıstanda səfərdəykən onun ziyarət etdiyi hərbi bazaya hücum olub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Almaniya Silahlı Qüvvələrinin nümayəndəsi də onunla birlikdə həmin hərbi bazada olub. Levan İzoriya Gürcüstan Silahlı Qüvvələrinin 4-cü mexanikləşdirilmiş briqadasının hərbçiləri ilə görüşüb. Bu briqada “Qətiyyətli dəstək” missiyası çərçivəsində cari ilin yanvarından Əfqanıstanda xidmət edir.

“Müdafiə naziri Əfqanıstanda Gürcüstan tağımı ilə görüşdən sonra Qunduzdakı hərbi bazaya iki atəş açılıb. Mərmilər bazanın yaxınlığına düşüb. Heç kim xəsarət almayıb”, - Müdafiə Nazirliyindən bildirilib. 

Son xəbərlər

Orphus sistemi