Gürcüstanda musiqi festivalının keçirilməsinin qarşısı alınıb

Gürcüstanda musiqi festivalının keçirilməsinin qarşısı alınıb Gürcüstanın Kazbeqi rayonunda yerli sakinlər “Mountain Set: Kazbegi” elektron musiqi festivalının keçirilməsinə etiraz edirlər.
Digər ölkələr
25 İyun , 2019 11:40
Gürcüstanda musiqi festivalının keçirilməsinin qarşısı alınıb

Gürcüstanın Kazbeqi rayonunda yerli sakinlər “Mountain Set: Kazbegi” elektron musiqi festivalının keçirilməsinə etiraz edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yüzlərlə insan tədbirin qarşısını almaq məqsədi ilə festival üçün nəzərdə tutulmuş əraziyə toplanıblar və inventara ciddi zərər vurublar.

Festival ilk olaraq Stepantsminda qəsəbəsində keçirilməli idi. Lakin yerli sakinlər həmin tədbirin keçirilməsini müqəddəs yerlərin təhqir olunması kimi qiymətləndiriblər.

Təşkilatçılar tədbirin keçirilmə məkanını dəyişsələr də, yerli sakinlər bu dəfə festivalın LQBT cəmiyyətini dəstəklədiyini iddia ediblər.

Yerli sakinlərin festival ərazisinə basqını zamanı tədbirin təşkilatçıları da xəsarət alıb. Dəyən ziyanın həcmi 25 min lari (9 min dollar) təşkil edir.

İnsidentlə bağlı araşdırma aparılır.

Dünyada məşhur olan artistlərin iştirak edəcəyi “Mountain Set: Kazbegi” festivalı 28, 29 və 30 iyunda keçirilməli idi.

Təşkilatçılar tədbirin ləğv olunmayacağı barədə bəyanat yayıblar. Festivalın yeri barədə bu gün məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi