Güclü külək və leysan BƏƏ-ni öz cənginə alıb

Güclü külək və leysan BƏƏ-ni öz cənginə alıb Əbu-Dəbi hava limanı, bütün məktəblər və inzibati binalar bağlanılıb
Digər ölkələr
9 Mart , 2016 14:54
Güclü külək və leysan BƏƏ-ni öz cənginə alıb

Bakı. 9 mart. REPORT.AZ/ Antisiklonla əlaqədar Güclü külək və leysan Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) öz cənginə alıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, güclü külək binaların dam örtüyünə ziyan vurub, şiddətli yağışlar səbəbindən isə küçə və dayanacaqları sel basıb. 

Bundan başqa, Əbu-Dəbi hava limanı, bütün məktəblər və inzibati binalar bağlanılıb.

BƏƏ polisi sürücüləri yollarda sürəti azaltmağa və diqqətli olmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi