"Grenfell Tower"dəki yanğından zərər çəkənlərin əksəriyyəti yeni mənzil almayıb

"Grenfell Tower"dəki yanğından zərər çəkənlərin əksəriyyəti yeni mənzil almayıb Azı 195 ailənin mənzilini məhv etmiş yanğın cari ilin 14 iyun tarixində baş verib
Digər ölkələr
14 Sentyabr , 2017 02:57
Grenfell Towerdəki yanğından zərər çəkənlərin əksəriyyəti yeni mənzil almayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Londonda yerləşən "Grenfell Tower" göydələnində baş verən güclü yanğın nəticəsində zərər çəkmiş insanların 80 faizdən çoxu hökumətdən hələ də, yeni mənzillər almayıblar.

"Report" xəbər verir ki, azı 195 ailənin mənzilini məhv etmiş yanğın cari ilin 14 iyun tarixində baş verib.

"Independent"in məlumatına görə, yalnız üç ailə yeni ev alıb, daha 25 ailəyə müvəqqəti sığınacaq verilib, qalanlarına isə yeni mənzillər təklif olunmayıb.

"Grenfell Tower"də yanğın zamanı 80 nəfər dünyasını dəyişib. Həmçinin onlarla insan itkin düşmüş hesab edilib.

Son xəbərlər

Orphus sistemi