Göyərtəsində 160 nəfərin olduğu Koreya təyyarəsi tüstülənərək təcili eniş edib

Göyərtəsində 160 nəfərin olduğu Koreya təyyarəsi tüstülənərək təcili eniş edib Hava gəmisi Pusan – Fukuoka marşrutu üzrə hərəkətdə olub
Digər ölkələr
9 İyun , 2017 07:41
Göyərtəsində 160 nəfərin olduğu Koreya təyyarəsi tüstülənərək təcili eniş edib
Baoyanji.com

Bakı. 9 iyun. REPORT.AZ/ "Korean Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun kabinəsində tüstülənmə səbəbindən təcili eniş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, hava gəmisi Pusan – Fukuoka marşrutu üzrə hərəkətdə olub.

İlkin məlumatlara görə, insident nəticəsində heç kim zərər çəkməyib. Təyyarənin göyərtəsində təqribən 160 sərnişin və heyət üzvü olub.

Son xəbərlər

Orphus sistemi