Yuxarı

“Google” və “YouTube”un işində nasazlıqlar yaranıb

​“Google” və “YouTube”un işində nasazlıqlar yaranıb

791

Dünyanın bir sıra ölkələrində Amerikanın axtarış sistemi “Google”nin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Rusiya, Almaniyada, Niderland və İspaniya istifadəçiləri şikayət edir.

“Downdetector”un məlumatına görə, “Google”nin 61% istifadəçisi öz hesabına girməkdə çətinlik çəkdiklərini bildirirlər, təxminən 38% istifadəçi axtarışla bağlı problemlə üzləşib.

“YouTube” onlayn videohostinqinin istifadəçiləri də onun işində nasazlığın yarandığını bildirirlər. Nasazlıqlardan ən çox ABŞ, Rusiya, Yaponiya, Norveç, Böyük Britaniya və başqa Avropa ölkələrinin istifadəçiləri şikayət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi