"Gallup": Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır

"Gallup": Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır Onların 46%-i ABŞ-ın yeni prezidentinin beynəlxalq böhranın öhdəsindən gələ biləcəyini hesab edir
Digər ölkələr
3 Yanvar , 2017 10:17
Gallup: Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın “Gallup” sosioloji araşdırmalar şirkətinin sorğusuna əsasən, amerikalıların yarısından azı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın prezident öhdəliklərini yerinə yetirə biləcəyinə əmindir. 

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, respondentlərin 46%-i Trampın beynəlxalq böhranın öhdəsindən gələcəyini, 47%-i onun hərbi qüvvədən müdrik şəkildə yararlanacağını 44%-i isə öz administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyini hesab edir. 

Xəbərdə qeyd olunub ki, 10 amerikalıdan 7-si Barak Obama, kiçik Corc Buş və Bill Klintonun qabiliyyətinə etimad edib.

Son xəbərlər

Orphus sistemi