Yuxarı

G7 ölkələrinin XİN başçıları aprelin sonlarında Torontoda görüşəcək

G7 ölkələrinin XİN başçıları aprelin sonlarında Torontoda görüşəcək
Kanada 2018-ci il yanvarın 1-dən etibarən Böyük yeddiliyin sədridir

Bakı. 31 yanvar. REPORT.AZ/ "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü bu il aprelin 22-24-də Kanadanın Toronto şəhərində keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Tryudo bildirib.

G7 ölkələrinin XİN başçılarının görüşü "Daha təhlükəsiz dünya quraraq" şüarı altında təşkil olunacaq.

Qeyd edək ki, G7 sammiti bu ilin iyunun 8-9-da Kanadanın La Malbe şəhərindəki (Kvebek əyaləti) "Fairmont Manoir Richelieu" hotel-qəsrində baş tutacaq.

Xatırladaq ki, Kanada 2018-ci il yanvarın 1-dən etibarən "Böyük yeddiliy"in sədridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi