Yuxarı

“G7” ölkələrinin liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə ediblər

“G7” ölkələrinin liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müz

Böyük yeddilik (G7) ölkələrinin liderləri Fransanın Biarrits şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

“Liderlər Rusiyanı qaytarmaqla “G8” formatını müzakirə ediblər. Bu barədə Yaponiya hökumətinin nümayəndəsi məlumat verib. Danışıqların təfərrüatları isə açıqlanmayacaq”.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi