Yuxarı

Türkiyənin vitse-prezidenti ABŞ-ı Ankara ilə terrorçular arasında seçim etməyə çağırıb - FOTO

Fuat Oktay ABŞ-ı Ankara ilə terrorçular arasında seçim etməyə çağırıb

Türkiyənin vitse-prezidenti Fuat Oktay Birləşmiş Ştatlara Türkiyə ilə rəsmi Ankaranın düşmənləri arasında seçim etməyi təklif edib.

"Report" xəbər verir ki, belə bəyanatla o, Vaşinqton tərəfindən analoji ultimatumdan sonra çıxış edib.

"Birləşmiş Ştatlar seçməlidir. Onlar Türkiyənin müttəfiqi qalmaq və ya terrorçularla güclərini birləşdirib, NATO-nun müttəfiqinin müdafiəsini düşmənlərdən pozmaq üçün bizim dostluğumuzla risk etmək istəyirlərmi?", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəni NATO-nun təhlükəsizliyli ilə S-400 raketləri arasında seçim etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi