FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb İndi xüsusi xidmət orqanının əməkdaşları yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş icazəsi əldə edəcəklər
Digər ölkələr
1 Dekabr , 2016 17:27
FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bununla da Federal Təhqiqat Bürosu (FTB) kompüter və telefonları sındıraraq onlara giriş icazəsi alıb.

İndi xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın istənilən məhkəməsindən formal icazə aldıqdan sonra yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş imkanı əldə edəcəklər. Bundan əvvəl FTB əməkdaşları yalnız şübhəli şəxsin ərazi baxımından bağlı olduğu məhkəmədən xüsusi icazə aldıqdan sonra cihazları "sındıra" bilirdi.

Son xəbərlər

Orphus sistemi