FRONTEX-ə mühacirləri Avropa İttifaqının xaricinə çıxarmaq səlahiyyəti veriləcək

FRONTEX-ə mühacirləri Avropa İttifaqının xaricinə çıxarmaq səlahiyyəti veriləcək Bunu Aİ Şurasının sədri Donald Tusk bildirib
Digər ölkələr
16 Oktyabr , 2015 05:27
FRONTEX-ə mühacirləri Avropa İttifaqının xaricinə çıxarmaq səlahiyyəti veriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa Sərhəd Təhlükəsizliyi Agentliyi kimi tanınan FRONTEX-ə qısa müddət ərzində qanunsuz mühacirləri Avropa İttifaqının (Aİ) sərhədləri xaricinə çıxarmaq səlahiyyəti veriləcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən veridiyi məlumata görə, bunu Aİ Şurasının sədri Donald Tusk Brusseldə quruma üzv dövlətlərin başçılarının toplantısından sonra bildirib.

O bildirib ki, FRONTEX Aİ sərhədlərinin qorunmasında daha aktiv rol oynamalıdır.

Tuskun sözlərinə görə ki, bu məqsədə nail olmaq üçün Aİ liderləri FRONTEX-in strukturunu yüzlərlə sərhəd gözətçisi ilə gücləndirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi