Fransua Olland: Fransa terrorizmlə müharibə aparır

Fransua Olland: Fransa terrorizmlə müharibə aparır Olland Fransa şəhərlərinin merləri ilə görüş zamanı çıxış edib
Digər ölkələr
18 Noyabr , 2015 22:22
Fransua Olland: Fransa terrorizmlə müharibə aparır

Bakı. 18 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland deyib ki, onun ölkəsi terrroçu İŞİD qruplaşmasına qarşı aktiv mübarizə aparmaq üçün daha geniş koalisiya yaradmaq istəyir. "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Olland Fransa şəhərlərinin merləri ilə görüş zamanı çıxış edib.

Parisin Sen Deni rayonunda polisin yeddi saatlıq polis əməliyyatından bir qədər sonra danışan ölkə başçısı bildirib ki, cümə günü Parisdə törədilən hücumları törətmiş şəxslərlə əlaqədə olan terrorçuların zərərsizləşdirilməsi istiqamətində iş aparılır. 

Fransua Olland merlərə deyib ki, Fransa terror təhlükəsinə qarşı ayıq olacaq, lakin azadlıq, inkişaf, mədəniyyət, fəallıq ölkəsi, dinamik bir ölkə olaraq yoluna davam edəcək.

Onin sözlərinə görə, Fransada həyat normal məcraya düşməli, xalq isə öz ölkələrinə etibar etməlidir.

Son xəbərlər

Orphus sistemi