Fransızların üçdə ikisi Fiyonu prezidentliyə namizəd görmək istəmir

Fransızların üçdə ikisi Fiyonu prezidentliyə namizəd görmək istəmir Respondentlər Respublikaçılar Partiyasından namizəd kimi keçmiş baş nazir Alen Jüppenin irəli sürülməsinin doğru olduğunu düşünür
Digər ölkələr
2 Fevral , 2017 12:54
Fransızların üçdə ikisi Fiyonu prezidentliyə namizəd görmək istəmir

Bakı. 2 fevral. REPORT.AZ/ Fransa vətəndaşlarının demək olar 70 faizi həyat yoldaşı Penelopayla bağlı qalmaqala görə Fransua Fiyonun ölkə prezidenti postu uğrunda mübarizədən imtina etməsini istəyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "Harris Interactive" sosioloji xidməti tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir.

Respondentlər Respublikaçılar Partiyasından namizəd kimi Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Alen Jüppenin irəli sürülməsinin doğru olduğunu düşünürlər. Eyni zamanda, rəyi soruşulanların yalnız 29 faizi namizədin F.Fiyon olacağı təqdirdə respublikaçıların qələbə qazanacağına inanır. Digər namizədlə isə respublikaçıların qələbə ehtimalı 57 faizdir.

Son xəbərlər

Orphus sistemi