Hesabat: Fransızların 42 faizi özlərini əvvəlki kimi ölkələrində rahat hiss etmir

Hesabat: Fransızların 42 faizi özlərini əvvəlki kimi ölkələrində rahat hiss etmir Fransa vətəndaşlarının 42 faizi özlərini əvvəlki kimi ölkələrində rahat hiss etmir.
Digər ölkələr
25 Aprel , 2019 12:26
Hesabat: Fransızların 42 faizi özlərini əvvəlki kimi ölkələrində rahat hiss etmir
0 : 00
0 : 00

Fransa vətəndaşlarının 42 faizi özlərini əvvəlki kimi ölkələrində rahat hiss etmir.

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhətləşmə Komissiyasının (CNCDH) ölkə vətəndaşları arasında rasizm, antisemitizm və ksenofobiyaya dair keçirdiyi sorğunun nəticələrinə əsasən tərtib etdiyi illik hesabatında qeyd olunub. 

Sənəddə bildirilib ki, immiqrasiya fransızları narahat edən məsələlər arasında 11-ci sıradadır. Əhalinin 57 faizi əcnəbilərin Fransaya sosial təminatlardan faydalanmaq məqsədilə gəldiklərini düşünür.

Eyni zamanda sorğuda iştirak edən respondentlərin 10 nəfərindən 4-ü İslam dininin Fransanın milli kimliyinə təhlükə olduğunu bildirib. Ancaq bununla belə, fransalıların müsəlmanlara münasibəti yüksəkdir və onların 80 faizi müsəlman fransızların cəmiyyətin fərdləri olduğunu hesab edirlər. 

Hesabatda həmçinin vurğulanıb ki, 1990-cı ildən bəri fransalılar arasında tolerantlığın səviyyəsi 2018-ci ildəki kimi yüksək olmayıb. Bu göstərici hazırda 100 nəfər arasında 67-yə bərabərdir. Bu da tolerantlığın səviyyəsinin yüksək olduğu 2010-cu illə müqayisədə 13 xal çoxdur. 2014-cü ildə qaçqınların həddindən artıq çox olduğunu düşünən fransalıların 62 faizi özlərini əvvəlki kimi öz evlərində rahat hiss etmədiklərini bildirmişdilər.

Son xəbərlər

Orphus sistemi