Yuxarı

Fransanın Yeni Kaledoniya ərazisi müstəqillik haqqında referendumu payızda keçirəcək

Fransanın Yeni Kaledoniya ərazisi müstəqillik haqqında referendumu payızda keçirəcək
Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur

Bakı. 19 mart. REPORT.AZ/ Yeni Kaledoniya Konqresində Fransadan müstəqillik haqqında referendumun bu il noyabrın 4-də keçirilməsi səs çoxluğu ilə təsdiqlənib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Referendumun lehinə 38, əleyhinə 14 deputat səs verib, 2 nəfər bitərəf qalıb.

Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur.

Yeni Kaledoniya – Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. Həmin vaxtlar yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi