Fransanın Reyms şəhər vağzalı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib

Fransanın Reyms şəhər vağzalı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib Şübhəli şəxs polis tərəfindən dindirilib
Digər ölkələr
12 Noyabr , 2017 02:59
Fransanın Reyms şəhər vağzalı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Fransanın Reyms şəhər polisi partlayış təhlükəsi ilə əlaqədar yerli vağzalı təxliyyə edib.

"Report" "France 3" radiostansiyasına istinadən xəbər verir ki, polis vətəndaşlardan birinin "saat neçədir?" sualına "partlayış üçün hələ vaxt var" cavabını verən şübhəli şəxsi saxlayıb.

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Onun zarafat üçün belə cavab verdiyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi