Yuxarı

Fransanın Nyu-Yorkdakı baş konsulluğu təxliyə olunub

Fransanın Nyu-Yorkdakı baş konsulluğu təxliyə olunub
Buna ərazidəki şübhəli avtomobil səbəb olub

Bakı. 23 aprel. REPORT.AZ/ Fransanın Nyu-Yorkun beşinci xiyaban küçəsində yerləşən ABŞ-dakı baş konsulluğunun binası girişdə dayanan şübhəli avtomobil səbəbindən təxliyə edilib.

“Report” xəbər verir ki, təxliyə zamanı binada Fransa prezidenti seçkilərinə səsvermə keçirilirmiş. Hadisə ilə əlaqədar proses dayandırılıb.

Polis beşinci xiyaban küçəsini bağlayıb.

Son məlumatlara görə, konsulluq qarşısındakı ərazi təmizlənib, səsvermə isə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi