Bakı. 23 aprel. REPORT.AZ/ Fransanın nüfuzlu “Paris Match” jurnalı fransızların Beşinci Respublikanın prezidentlərinə münasibətlərini öyrənmək məqsədilə onların arasında sorğu keçirib.
"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sorğuda iştirak edənlərin 33 faizi ölkənin keçmiş prezidenti Jak Şiraka böyük məhəbbət bəslədiklərini və onların sevimli prezidenti olduqlarını bəyan ediblər.
Rəyi soruşulanların 21 faizi Fransua Mitterana, 17 faizi Şarl de Qolla rəğbət göstərdiklərini bildirib. Respondentlərin 8 faizi Jorj Pompidunu və Valeri Jiskar D’ Etəni seçib və hər iki keçmiş prezidnetə hüsnü-rəğbət bəslədiklərini diqqətə çatdırıblar.
Sorğu iştirakçılarının 7 faizi Nikola Sarkozini , 5 faiz isə hazırki prezidnet Fransua Ollandı bəyəndiklərini qeyd ediblər. Yalnız bir faiz cavab verməkdə çətinlik çəkdiklərini bildirib.
Sorğuda yaşı 18-dən yuxarı olan 1055 fransız vətəndaşı iştirak edib.