Fransanın keçmiş prezidenti Fransua Olandın böyük qardaşı vəfat edib

Fransanın keçmiş prezidenti Fransua Olandın böyük qardaşı vəfat edib Filipp Olland Kann şəhərində 94 yaşlı atası Jorjla birlikdə yaşayıb
Digər ölkələr
18 May , 2017 18:35
Fransanın keçmiş prezidenti Fransua Olandın böyük qardaşı vəfat edib

Bakı. 18 may. REPORT.AZ/ Fransanın keçmiş prezidenti Fransua Ollandın böyük qardaşı Filipp Olland vəfat edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, 64 yaşında xəstəxanada dünyasın dəyişib. 

F.Olland bir neçə ay əvvəl xərçəng xəstəliyinə tutulub. O, eksperimentçi cazmen olub, siyasətdən uzaq olub.

Məlumatda bildirilib ki, Filipp Olland Fransanın Kann şəhərində 94 yaşlı atası Jorjla birlikdə yaşayıb. Keçmiş prezidentin qardaşının Fransa sahillərində Lazurda dəfn mərasimi keçiriləcək. 

Qryd edək ki, mayın 16-da Fransua Olland prezident səlahiyyətini başa vurduqdan sonra xəstəxanada qardaşını ziyarət edib. Mayın 14-də onu bu postda Emanuel Makron əvəzləyib.

Son xəbərlər

Orphus sistemi