Fransanın cənubunda naməlum şəxs hoteli ələ keçirib

Fransanın cənubunda naməlum şəxs hoteli ələ keçirib Hüquq-mühafizə orqanları Provans regionunun Bollen kommunasındakı "Formula 1" hotelini mühasirəyə alıb
Digər ölkələr
19 İyul , 2016 18:06
Fransanın cənubunda naməlum şəxs hoteli ələ keçirib

Bakı. 19 iyul. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Provans regionunun Bollen kommunasındakı "Formula 1" hotelini mühasirəyə alıb.

"Report" "Life" portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hoteli bıçaqlı, bəlkə də odlu silahlı şəxs ələ keçirib.

Hazırda həmin şəxs hotelin içərisindədir. Mehmanxana ətrafında polis təhlükəsizlik çevrəsi yaradıb.

Naməlum şəxsin addımının motivləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi