Yuxarı

Fransanın ABŞ-dakı səfiri Le Penin prezident seçkilərində mümkün qələbəsini faciə adlandırıb

Aro: Diplomatiya baxımından, mən deyərdim ki, bu, tamamilə faciə olacaq

Bakı. 9 mart. REPORT.AZ/ Fransanın ABŞ-dakı səfiri Jerar Aro hesab edir ki, "Milli Cəbhə" partiyasının lideri Marin Le Penin ölkə prezidenti postuna seçilməsi Paris və Vaşinqtonun münasibətləri üçün faciə olacaq.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

"Diplomatiya baxımından, mən deyərdim ki, bu, tamamilə faciə olacaq", — deyə Aro bildirib.

Onun fikrincə, əgər Le Pen, vəd etdiyi kimi Fransanı Avropa İttifaqı və avrozonadan çıxardarsa, bu, Qərb ölkələrində "siyasi zəlzələ"yə səbəb olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi