Yuxarı
    Bağlamaq

    Fransada Yeni il axşamı 1031 avtomobil yandırılıb

    Bakı. 2 yanvar. REPORT.AZ/ Fransada quldurlar Yeni il gecəsi 1031 avtomobili yandırıb.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

    Qeyd edilir ki, polis qarışıqlıqların gedişində 510 nəfəri saxlayıb. Həmçinin bildirilir ki, Şampini-syur-Marn şəhərində quldurlar polis patruluna hücum ediblər. Asayiş keşikçiləri hücum edənlərdən 3-ü saxlamağa müvəffəq olublar. Digər cinayətkarların axtarışı davam edir.

    Ötən Yeni il gecəsində isə 945 avtomobilə zərər dəymişdi və ya yandırılmışdı. "İz.ru" portalının məlumatına görə, Paris regionunda quldurlar 250-dən çox avtomobili yandırıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi