Yuxarı

Fransada yaşayan katalonlar Puçdemona sığınacaq verməyə hazırdırlar

Fransada yaşayan katalonlar Puçdemona sığınacaq verməyə hazırdırlar
Şimali Kataloniyanın öz müqəddəratını təyin etmək komitəsinin rəhbəri Rober Kasanovas villasını Puçdemon və ailəsinin sərəncamına verməyə hazırdır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Fransada iki katalon cəmiyyəti İspaniya hökuməti tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış Karles Puçdemonu və onun hökumətinin üzvlərini mümkün həbsdən xilas olmaq istəyəcəkləri təqdirdə qəbul etməyə hazır olduqlarını bildiriblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kataloniyanın öz müqəddəratını təyin etmək komitəsinin rəhbəri Rober Kasanovas Teza şəhərindəki villasını Puçdemon və ailəsinin sərəncamına verməyə hazırdır.

Xatırladaq ki, keçən həftə İspaniya hökuməti Kataloniya parlamentini buraxmaq və Puçdemonu vəzifədən uzaqlaşdırmaq barədə qərar verib. Regionda Madridin birbaşa rəhbərliyi tətbiq olunur. Dekabrın 21-də isə Kataloniyada parlament seçkiləri keçiriləcək.

Eyni zamanda, İspaniya rəhbərliyi Puçdemonun Kataloniyada regional seçkilərdə iştirakına etiraz etməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi