Fransada yanğınlar 430 hektar meşə sahəsini məhv edib

Fransada yanğınlar 430 hektar meşə sahəsini məhv edib Güclü yanğınlar ötən gün Fransanın Od departamentində azı 400 hektar, onunla qonşu Ero departamentində isə 25-30 ha şam meşəsini məhv edib.
Digər ölkələr
15 Avqust , 2019 06:30
Fransada yanğınlar 430 hektar meşə sahəsini məhv edib

Güclü yanğınlar ötən gün Fransanın Od departamentində azı 400 hektar, onunla qonşu Ero departamentində isə 25-30 ha şam meşəsini məhv edib.

“Report” xəbər verir ki, bu barədə prefekturalara və departamentlərin yanğın idarələrinə istinadən BFM kanalı məlumat yayıb.

Od departamentində yanğın Bakı vaxtı ilə 18:00-da eyni zamanda bir neçə yerdə baş qaldırıb və sürətlə yayılmağa başlayıb. Çünki bütün regionda şimaldan güclü külək əsir. Həmçinin Fransanın cənubunda artıq bir aydan çoxdur ki, güclü istilər və quraqlıq hökm sürür ki, bu da yanğının yayılmasına rəvac verir. Gecə külək bir qədər zəifləməyə başlayıb, lakin səhər onun yenidən güclənəcəyi gözlənilir.

Odda yanğınla 200 yanğınsöndürən mübarizə aparır. Onlara qonşu regionlardan yanğınsöndürənlər köməyə göndərilir. Yanğınların södürülməsi üçün bitkilərin yanmasını ləngidən kimyəvi tərkiblərdən istifadə olunur.

Yanğın ocaqları Odun şimalında yerləşən Ero departamentində də baş qaldırıb. Yüzlərlə yanğınsöndürənin alovun qarşısını almaq cəhdlərinə baxmayaraq, o, bir sıra yerlərdə üzümlüklərdən təhlükəli məsafədədir.

Son xəbərlər

Orphus sistemi