Fransada təyyarə qəzaya uğrayıb: ölən və xəsarət alan var

Fransada təyyarə qəzaya uğrayıb: ölən və xəsarət alan var Qəza zamanı 1 nəfər ölüb, daha 1 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
9 Oktyabr , 2017 00:46
Fransada təyyarə qəzaya uğrayıb: ölən və xəsarət alan var
Global Look Press

Bakı. 9 oktyabr. REPORT.AZ/ Fransada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "France Info" xəbər verib.

Xəbərdə qeyd olunur ki, hadisə Noqaro kommunasında qeydə alınıb. Qəza zamanı 1 nəfər (pilot - red) ölüb, daha 1 nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Təyyarənin köhnə avtomobillərin Qran-pri yarışması zamanı yarış xəttinin yaxınlığında yerə düşdüyü bildirilir.

Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi