Fransada terrorçularla əlaqədə olan 2 nəfər saxlanılıb

Fransada terrorçularla əlaqədə olan 2 nəfər saxlanılıb Bakı. 9 iyun. REPORT.AZ/ Fransada terrorçularla əlaqədə şübhəli bilinən 2 nəfər yaxalanılıb.
Digər ölkələr
9 İyun , 2018 04:56
Fransada terrorçularla əlaqədə olan 2 nəfər saxlanılıb

Bakı. 9 iyun. REPORT.AZ/ Fransada terrorçularla əlaqədə şübhəli bilinən 2 nəfər yaxalanılıb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Məlumatda bildirilir ki, Fransanın Milli Təhlükəsizlik Baş İdarəsi (DGSI) terrorçularla əlaqəsi olan 2 çeçeni saxlayıblar. Yaxalama əməliyyatı ölkənin şərqindəki Mozel departlamentində və Fransanın mərkəzi hissəsindəki Pyui-de-Domda keçirilib.

Saxlanılanların yaşları, vətəndaşlıqları, adları açıqlanmır. Yalnız o məlumdur ki, ilkin istintaqa əsasən onlar bu il fevralın əvvəllərində Suriyaya gediblər və terrorçularla əlaqədə olublar.

Son xəbərlər

Orphus sistemi