Yuxarı

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Parisin Terrorçuluq Məsələləri üzrə Məhkəməsi 33 yaşlı kişiyə ölkədə terror aktı hazırlamaqla bağlı ittiham irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France-Presse" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs İŞİD terror qruplaşması ideyasına sədaqətini nümayiş etdirən videogörüntü yayıb. O, ölkənin cənubundakı Qar departamentinin Nim rayonunda Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yaşadığı yerdə partlayıcı vasitələrin hazırlığı üçün vasitələr tapılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi