Fransada sürücünün avtomobili kafeyə çırpması nəticəsində yaralananların sayı 12-ə çatıb - FOTO - YENİLƏNİB

Fransada sürücünün avtomobili kafeyə çırpması nəticəsində yaralananların sayı 12-ə çatıb - FOTO - YENİLƏNİB Yaralananların əksəriyyətinin vəziyyəti ağırdır
Digər ölkələr
15 Avqust , 2017 01:13
Fransada sürücünün avtomobili kafeyə çırpması nəticəsində yaralananların sayı 12-ə çatıb - FOTO - YENİLƏNİB
Courtesy İmage

Bakı. 15 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Paris yaxınlığındakı Set Sor kommunasının Sena və Marna departamentində avtomobilin kafeyə çırpılması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

"Report" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Pyer-Henri Brandet "BFM TV" televiziyasına açıqlamasında hadisə zamanı 13 yaşlı qızın öldüyünü bildirib.

O, qeyd edib ki, hadisə zamanı xəsarət alanlardan 4-nün vəziyyəti ağır, 8-nin vəziyyəti isə normaldır. Hadisənin terror aktı olması istisna edilir. 


***00:31

Fransada avtomobil kafeyə çırpılıb.

“Report” xəbər verir ki, bu barədə "Europe1" radiostansiyası məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Paris yaxınlığındakı Sena və Marna departamentində, Set Sor kommunasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb. 

Ölən şəxsin gənc qız olduğu bildirilir. Qeyd olunur ki, yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.

"BFM TV" televiziyası isə hadisənin məqsədli şəkildə törədildiyini xəbər verib. Hadisəni törətmiş sürücü saxlanılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri məlum deyil, təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi